Emin Əmrullayev: "Basketbol coğrafiyası genişləndikcə, keyfiyyət də artacaq"
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev illik hesabat və növbəti dövr üçün planlar barədə açıqlama verib.
AzB.az xəbər verir ki, federasiya rəhbəri sürətli və davamlı uğur üçün zamana ehtiyac olduğunu vurğulayıb:
"Basketbol Federasiyası olaraq davamlı nəticə əldə etmək üçün ikirəqəmli müddət gərəkdir. Biz harada qısa müddətdə uğur qazanmaq imkanımızın olduğunu yaxşı anlayırıq. 3x3 qadın basketbolu buna əsas nümunədir. Tənqidlər var ki, komanda legionerlərdən ibarətdir. Aşağı yaş qruplarının sistemləşdirilməsi fonunda hələ də ölkədə qadın liqasını keçirməyimiz mümkün deyil".
ABF rəhbəri ölkə çempionatındakı inkişafa da toxunub:
"Bu il ABL-də 8 peşəkar klub mübarizə aparacaq. Sumqayıt və Gəncənin iki müstəqil klubunun olması sevindiricidir. Basketbol coğrafiyası genişləndikcə, basketbolun keyfiyyəti də artacaq".
Əmrullayev klubların inkişafının təkcə federasiyadan asılı olmadığını da bəyan edib:
"İdman klublarının formalaşması olduqca vacibdir və bu, yalnız federasiyadan asılı deyil. Prosesin tam qaydasına düşməsi üçün zaman lazımdır".
