Avrokuboklar

Petti Millsdən Avroliqada parlaq performans

Petti Millsdən Avroliqada parlaq performans

Avstraliya millisindəki uğurlu çıxışı ilə tanınan Petti Mills debut etdiyi Avroliqada özünü göstərməyə davam edir.

AzB.az xəbər verir ki, "ASVEL"in təcrübəli basketbolçusu "Valensiya"ya qarşı matçda cəmi 23 dəqiqəyə 26 xal toplayıb, 3 məhsuldar ötürmə verib və heç bir top itkisinə yol verməyib.

Komandasının məğlub olmasına baxmayaraq, 32 yaşlı oyunçu matçın ən yaxşılarından olub.

Mövsümə uğurlu başlayan Mills hazırda Avroliqada orta hesabla 15,3 xal toplayır. Yayda büdcəsi 59 milyon avrodan 24 milyon avroya enən və bir çox ulduzunu itirən "ASVEL"də Millsin bu çıxışı klub prezidenti, vaxtilə "San Antonio Spurs"da birgə çempionluq yaşadığı Toni Parker üçün də böyük təsəlli olub.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər