Avrokuboklar

"Panatinaikos" Avroliqadan Bartzokasın cəzalandırılmasını tələb etdi

"Panatinaikos" Avroliqadan Bartzokasın cəzalandırılmasını tələb etdi

"Panatinaikos" rəhbərliyi Avroliqadan "Olimpiakos"un baş məşqçisi Yorqos Bartzokasa qarşı intizam işinin açılmasını rəsmi şəkildə tələb edib.

AzB.az xəbər verir ki, bu barədə klub sahibi Dimitris Yannakopulos sosial şəbəkə hesabında məlumat paylaşıb. O, Bartzokasın Bolonyada "Virtus"un oyunçularına fiziki təzyiq göstərdiyini iddia edərək mütəxəssisin cəzalandırılmasını tələb edib:

"Avroliqa illərdir məhsulun dəyərini artırmağa çalışır, amma belə hallara göz yumulur. Oyunçular hakim barədə dediklərinə görə cərimələnir, amma fiziki zorakılıq araşdırılmır. Mən üç oyunluq cəza alıram, baş məşqçilər isə toxunulmaz qalır. Bu, düzgün deyil".

"Panatinaikos" Bartzokasın illərdir davam edən qeyri-etik davranışlarını və azarkeşlərlə yaşanan insidentləri xatırladaraq onun nümunəvi şəkildə cəzalandırılmasını istəyib. "Olimpiakos" isə sosial şəbəkədə "Ağrı keçməyəcək!" paylaşımı edərək əzəli rəqibinə cavab verib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər