Avrokuboklar
Donatas Motieyunas rəsmi olaraq Yunanıstan klubuna transfer olunub
Təcrübəli mərkəz oyunçusu Donatas Motieyunas karyerasını Avrokubok təmsilçisi Yunanıstanın PAOK klubunda davam etdirəcək.
AzB.az xəbər verir ki, basketbolçu mövsümün sonuna qədər nəzərdə tutulan rəsmi sözləşməyə imza atıb.
O, tibbi müayinədən keçdikdən sonra komandanın düşərgəsinə qoşulub.
Ötən mövsümü "Monako" və "Crvena Zvezda"da keçirən Motieyunas zəngin NBA və Avroliqa təcrübəsinə malikdir.
O, karyerası ərzində "Hyuston Rokets", "Nyu-Orlean Pelikans" və "San-Antonio Spörs" klublarında da çıxış edib.
