NBA

Dreymond Qrinin fiziki forması lağ obyektinə çevrildi

Dreymond Qrinin fiziki forması lağ obyektinə çevrildi

"Qolden Steyt Uorriors"un forvardı Dreymond Qrin mövsümöncəsi "Los Anceles Klippers"lə oyundan sonra komandanın hücumundakı rolu barədə danışıb. 

AzB.az xəbər verir ki, təcrübəli basketbolçu hücumun idarə olunmasında əvvəlki kimi fəal olmadığını və bu vəziyyəti olduğu kimi qəbul etdiyini bildirib.

Sosial şəbəkə istifadəçiləri Qrinin açıqlamasından ziyadə onun fiziki formasına diqqət yetiriblər.

Azarkeşlərdən biri basketbolçunun görünüşünə "LeBron Ceyms "Qolden Steyt Uorriors"a keçməmək qərarı verdi və Draymond sadəcə əlini çəkdi" şərhini yazırsa, bir başqası onun bədən quruluşunu istehza ilə "əmək dərsi müəllimi kimidir" sözləri ilə təsvir edib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər