"Los Anceles Leykers"in təcrübəli ulduzu LeBron Ceyms NBA-də 24-cü mövsümünə ciddi sağlamlıq problemləri ilə başlayır.
AzB.az xəbər verir ki, basketbolçunun sol ayağında xroniki artrit, bel nahiyəsində isə isxias ağrıları davam edir.
Məhz belindəki narahatlıq səbəbindən Ceyms ötən mövsümün ilk ayını buraxmalı olub.
Ötən mövsümdə "Los Anceles Leykers"in heyətində 60 oyunda meydana çıxan LeBron orta hesabla 20,9 xal, 6,1 ribaund və 7,2 assist göstəriciləri ilə yadda qalıb.
Təcrübəli forvard hər oyunda orta hesabla 33 dəqiqə meydanda olub.