Milli Basketbol Assosiasiyası (NBA) bir neçə gün əvvəl oyunçuların topu idarə edərkən boş əllərindən istifadə etməklə rəqibə qarşı etdikləri qayda pozuntularına daha ciddi nəzarət olunacağını açıqlamışdı.
AzB.az xəbər verir ki, qaydalarakı bu dəyişiklik artıq parketdə tətbiq olunub.
"Mayami Hit" və "Toronto Reptors" arasında keçirilən yoxlama oyununda Kanada təmsilçisinin forvardı Skotti Barns müdafiəçi Kley Tompsondan sıyrılmağa çalışarkən hücum faulu ilə cəzalandırılıb.
Həmin epizod NBA-da yeni qaydanın tətbiq olunduğu ilk nümunələrdən biri kimi qeydə alınıb.
Qeyd edək ki, görüş "Mayami Hit" 129:105 üstünlüyü ilə başa çatıb.