"Anadolu Efes" amerikalı oyun qurucu Kameron Peyn ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzaladığını rəsmən açıqlayıb.
AzB.az xəbər verir ki, təcrübəli basketbolçu komandanın əsas heyət üzvlərindən olan Mayk Ceymsin ciddi zədəsindən sonra heyətə cəlb edilib. Ceymsin uzun müddət meydanlardan kənarda qalacağı gözlənildiyindən, Peynin transferi onun əvəzləmək üçün nəzərdə tutulub.
32 yaşlı basketbolçu 2015-ci il NBA drafında "Oklahoma Siti Tander" tərəfindən 14-cü sırada seçilib.
O, karyerası ərzində "Çikaqo Buls", "Klivlend Kavalers", "Finiks Sans", "Miluoki Baks", "Filadelfiya 76ers" və "Nyu-York Niks" klublarının da formasını geyinib. Peyn 2021-ci ildə "Finiks Sans"ın NBA finalına yüksəlməsində vacib rol oynayıb.