ABL

Zaur Paşayev: “Demək olar ki, bütün komanda hazırdır”

Zaur Paşayev: “Demək olar ki, bütün komanda hazırdır”

“Artıq məşqlərə start vermişik”.

Bu sözləri Azb.az saytına açıqlamasında "Naxçıvan" klubunun məşqçisi Zaur Paşayev deyib.

O, komandanın yeni mövsümə hazırlığından danışıb:

“Demək olar ki, oyunçuların hamısı gəlib. Yerli futbolçular da əvvəldən məşq edirdilər. Təxminən sentyabrın 5-dən məşqlərə başlamışdıq. Demək olar ki, bütün komanda hazırdır.

“Neftçi” ilə oynamalı idik, amma oyun təxirə salındı. Bu arada, “Neftçi”ni də qrup adlamaları münasibətilə təbrik edirəm. Növbəti matçda “Sumqayıt”la qarşılaşacağıq”.

Sabiq basketbolçu hazırda yalnız məşqçiliyə fokuslandığını vurğulayıb:

“Mənə elə gəlir ki, artıq oynamaq üçün darıxmayacağam. Çünki kifayət qədər oynamışam. Düşünürəm ki, bu qədər bəsdir. Artıq məşqçilikdə özümü göstərmək istəyirəm. Necə ki, futbolçu kimi xaricdə oynamışam, məşqçi kimi də gələcəkdə özümü göstərmək niyyətindəyəm”.

Qeyd edək ki, 43 yaşlı sabiq basketbolçu ötən ay "Naxçıvan" basketbol klubunda məşqçi təyin olunub.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər