ABL

Knejeviçdən "Ordu" ilə matç haqqında şərh

Knejeviçdən "Ordu" ilə matç haqqında şərh

"Gəncə"nin baş məşqçisi Martin Knejeviç Azərbaycan Basketbol Liqasının I turunda "Ordu" üzərində qazanılan 92:90 hesablı qələbəni şərh edib.

AzB.az xəbər verir ki, mütəxəssis komandası və azarkeşlərlə qürur duyduğunu bildirib:

"Bu gün komandamızla çox fəxr etdim və ümid edirəm ki, şəhərimiz də bununla qürur duydu. Azarkeşlərimiz bizə həqiqətən böyük dəstək oldular. Bu gün onlar səhvlərə baxmayaraq hücum etməkdən əl çəkməyən və hər zaman növbəti epizoda köklənən bir komanda gördülər.

İlk hissə bizim üçün o qədər də yaxşı keçmədi, lakin birlik nümayiş etdirdik və ikinci hissədə qələbə qazandıq. İndi isə artıq İstanbulda "Esenler Erokspor"a qarşı keçirəcəyimiz ilk Avropa Kuboku oyununa köklənirik".

Qeyd edək ki, "Esenler Erokspor" - "Gəncə" qarşılaşması oktyabrın 7-də baş tutacaq.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər