Avrokuboklar

Mayk Ceyms əməliyyat olunub

Mayk Ceyms əməliyyat olunub

​​"Anadolu Efes"in basketbolçusu Mayk Ceyms aşil tendonundan uğurlu cərrahiyyə əməliyyatı keçirib.

AzB.az xəbər verir ki, klub rəsmi açıqlama yayan kimi oyunçunun 7-9 ay parketdən kənarda qalacağı dəqiqləşib.

36 yaşlı oyunçu səfərdə "Srvena Zvezda"ya 77:72 hesabıyla məğlub olduqları matçın üçüncü modulunun sonuna 2:40 dəqiqə qalmış zədələnib. Top uğrunda mübarizə zamanı yerə yıxılan basketbolçu sağ ayağından xəsarət alıb və meydançanı zənbildə tərk etməli olub. Zədələnənə qədər o, görüşdə 11 xal və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Avroliqanın bütün zamanların ən çox xal toplayan oyunçusu olan Ceyms cari yayda "Monako"dan "Anadolu Efes"ə transfer olunmuşdu. O, yeni komandasında "Barselona"ya qarşı 22 xal, 4 ribaund və 5 ötürmə, "Real Madrid"ə qarşı isə 12 xal, 4 ötürmə və 3 oğurlama ilə mövsümə güclü start vermişdi.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər