Avrokuboklar

"Fənərbağça" "Dubay"ı çətinliklə keçdi – Avroliqada III tur yekunlaşdı

"Fənərbağça" "Dubay"ı çətinliklə keçdi – Avroliqada III tur yekunlaşdı

Avroliqada III tura bu gün keçirilən 6 qarşılaşma ilə yekun vurulub. 

AzB.az bildirir ki, günün mərkəzi matçında İstanbulda "Fənərbağça" iddialı "Dubay"ı qəbul edib.

Gərgin keçən qarşılaşmada üstünlüyü əldə saxlayan Türkiyə təmsilçisi rəqibini 76:66 hesabı ilə məğlub edərək vacib qələbə qazanıb.

"Fənərbağça"da Markus Binqhem 20 xal, 8 ribaundla komandasının en məhsuldar oyunçusu olub. Meydan sahiblərinin heyətində Ueyd Bolduin 14 xal, 5 assist, Brekston Ki 12 xal, 5 ribaund, 3 topəlmə, Şavon Şilds isə 9 xalla qələbəyə töhfə veriblər.

"Dubay"ın heyətində isə Eli Okobo 18 xal, 4 assist, Dueyn Beyston və MakKinli Rayt hərəyə 12 xal, Mamadi Diakite isə 10 xalla yadda qalıblar.

Günün digər görüşlərində isə aşağıdakı nəticələr qeydə alınıb:

"Beşiktaş" – "Barselona" 82:95

"Fənərbağça" – "Dubay" 76:66

"Bavariya" – "Partizan" 84:86

ASVEL – "Valensiya" 92:105

"Panatinaikos" – "Makkabi Tel-Əviv" 90:67

"Baskoniya" – "Olimpiya Milano" 87:76

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər