Avrokuboklar

"Anadolu Efes"in ulduzu üçün mövsüm erkən başa çatdı

"Anadolu Efes"in ulduzu üçün mövsüm erkən başa çatdı

"Anadolu Efes"in aparıcı oyunçusu Mayk Ceyms ciddi zədə səbəbindən uzun müddət oynaya bilməyəcək. 

AzB.az xəbər verir ki, ulduz basketbolçu "Srvena Zvezda" ilə Belqradda keçirilən Avroliqa qarşılaşmasının üçüncü hissəsinin sonunda zədələnərək dərhal xəstəxanaya aparılıb.

"Anadolu Efes" klubunun yaydığı rəsmi bəyanata əsasən, amerikalı basketbolçunun qopmuş axill vətəri uğurla əməliyyat olunub.

Klubun həkimi Uğur Diliçıkık bərpa prosesinin əməliyyatdan sonrakı gedişatdan asılı olaraq 7-9 ay çəkəcəyini bildirib. Bu isə M. Ceymsin mövsümün böyük hissəsini, yaxud tamamını buraxacağı deməkdir.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər