NBA

Antetokounmpo "Mayami Hit"lə çempionluq iddiasını açıqladı

Antetokounmpo "Mayami Hit"lə çempionluq iddiasını açıqladı

Milli Basketbol Assosiasiyasının (NBA) çempionu, "Mayami Hit"in 31 yaşlı yunanıstanlı hücumçusu Yannis Antetokounmpo yeni mövsümdə komandasının titula olan şanslarını dəyərləndirib.

AzB.az xəbər verir ki, ulduz basketbolçu çempionluq hədəfləri barədə olduqca iddialı danışıb:

"Bu baş verəcək. Bunun üçün müəyyən vaxt lazımdır. Biz iyun ayında baş verəcəklərə hazırlaşırıq. Yanımda olan insanların da eyni əhvali-ruhiyyədə olduğunu bilirəm. Bəm Adebayo qalib gəlmək istəyir. Baş məşqçi qalib gəlmək istəyir. Bütün təşkilat qalib gəlmək istəyir. Biz olmalı olduğumuz yerdə olacağıq".

Xatırladaq ki, Antetokounmpo bu yay baş tutan səs-küylü mübadilə çərçivəsində "Miluoki Baks"dan "Mayami Hit"ə keçib. Sövdələşmənin nəticəsində Antetokounmpo və hücumçu Bobbi Portis "Mayami Hit"in heyətinə qoşulub.

Əks tərəfə isə Tayler Hirro, Hayme Hakes (Jaime Jaquez), Kelel Ueyr (Kel'el Ware), Kasparas Yakuçionis və bir neçə draft-pik göndərilib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər