Milli Basketbol Assosiasiyasının (NBA) ulduz mərkəz oyunçusu Nikola Yokiç mövsümöncəsi "Denver Naqqets"lə "Yuta Caz" arasında keçirilən qarşılaşmada möhtəşəm epizodla yadda qalıb.
AzB.az xəbər verir ki, üçqat MVP tituluna sahip olan Yokiç meydançanın bir başından digər başına arxası ilə ötürmə edərək Kemeron Consonu küncdə tapıb. Ötürmə zamanı top "Yuta Caz"ın üç müdafiəçisinin yanından keçib.
Qarşılaşmada "Denver Naqqets" 97:109 hesabı ilə məğlub olub. Meydanda 15 dəqiqə qalan Yokiç 3 xal, 3 ribaund və 7 assistlə yadda qalıb. Təcrübəli basketbolçu matç ərzində cəmi bir dəfə atış edib və həmin atışı dəqiq yerinə yetirib.
Serbiyalı basketbolçunun mükəmməl ötürməsini sizə təqdim edirik: