ABL
Amil Həmzəyev "Fənərbağça"nın prezidenti ilə görüşdü
Azərbaycan milli komandasının kapitanı, "Naxçıvan" klubunun üzvü Amil Həmzəyev Bakıda "Fənərbağça"nın prezidenti Aziz Yıldırım ilə bir araya gəlib.
AzB.az xəbər verir ki, klub prezidenti səfər çərçivəsində A.Həmzəyevin təsisçisi olduğu “Fənərbağça” idman məktəbini ziyarət edib.
O, məktəbin iş prosesi ilə yaxından tanış olub və idmançılarla həmsöhbət olub.
Qeyd edək ki, A. Bakıda keçirilən futbol üzrə "Turan Tovuz" - "Fənərbağça" yoldaşlıq oyunu məqsədilə Azərbaycana səfər edib.
View this post on Instagram
