Azərbaycan

Azərbaycanın qadın basketbol millisinə yunanıstanlı baş məşqçi təyin olundu

Azərbaycanın qadın basketbol millisinə yunanıstanlı baş məşqçi təyin olundu

Qadınlardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. 

AzB.az xəbər verir ki, bu vəzifəyə yunanıstanlı mütəxəssis İoannis Diamantakos gətirilib. O, həmçinin bütün yaş qrupları üzrə qadın milli komandalarının koordinatoru funksiyasını yerinə yetirəcək.

Azərbaycan Basketbol Federasiyası təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalayıb.

Son olaraq Səudiyyə Ərəbistanının "Al-Ula" klubunun baş məşqçisi kimi fəaliyyət göstərən Diamantakos beynəlxalq səviyyədə zəngin təcrübəyə malikdir.

O, daha əvvəl Livan Basketbol Federasiyasında texniki koordinator, Livanın qadınlardan ibarət əsas milli komandasının, eləcə də U-18 oğlan və qız millilərinin baş məşqçisi olub. Yunanıstanlı mütəxəssis, həmçinin Fələstinin əsas milli komandasına və Rumıniyanın U-20 yığmasına rəhbərlik edib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər