NBA

Deyvis artıq çəkinin onun oyununa mənfi təsir etdiyini bildirdi

Deyvis artıq çəkinin onun oyununa mənfi təsir etdiyini bildirdi

Milli Basketbol Assosiasiyasının (NBA) ulduz forvardı Entoni Deyvis "Los Anceles Leykers"də mərkəz mövqeyində çıxış etdiyi dövrdə çəkisinin artmasının oyununa mənfi təsir göstərdiyini etiraf edib.

AzB.az xəbər verir ki, Deyvis normal çəkisinin 113–115 kiloqram olduğunu, lakin həmin mövsümdə 121 kiloqrama qədər kökəldiyini bildirib.

Təcrübəli basketbolçu mövzu ilə bağlı fikir bildirib:

"Bu, mənə heç xoş gəlmədi. Həmin vaxt düşündüm ki, belə oynaya bilmirəm, özümü ağır hiss edirəm. O zaman komandanın rəhbərliyinə dedim ki, mənə daha bir iri oyunçu lazımdır. Amma bu baş vermədi və artıq keçmişdə qaldı. İndi isə belə imkanım var və fərqli oyun nümayiş etdirəcəyəm. Başqa bir iri oyunçu ilə meydanda olmaq mənim üçün tam fərqli dinamika yaradır. Bunu hamınız görəcəksiniz".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər