Avrokuboklar

"Sabah" "Ritas" matçı öncəsi Litvadakı azərbaycanlılara müraciət etdi

"Sabah" "Ritas" matçı öncəsi Litvadakı azərbaycanlılara müraciət etdi

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasında səfər matçı öncəsi Litvada yaşayan azərbaycanlılara müraciət edib.

AzB.az xəbər verir ki, Azərbaycan təmsilçisi soydaşlarımızı komandanı tribunalardan dəstəkləməyə və bu vacib sınaqda bir araya gəlməyə çağırıb.

Klubun yaydığı bəyanatda "Litvada da bizim səsimiz eşidiləcək" vurğulanaraq, hər bir azarkeşin dəstəyinin böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.

"Sabah" oktyabrın 6-da səfərdə Litvanın "Ritas" kollektivinin qonağı olacaq. Vilnüs şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da, yerli vaxtla isə 18:30-da start götürəcək.

FIBA Çempionlar Liqası

6 oktyabr

19:30. "Ritas" – "Sabah"

Dostlarınla paylaş

Əlaqəli xəbərlər