NBA

"O, bu mövsüm bizə çox kömək edəcək" – Donçiç

"O, bu mövsüm bizə çox kömək edəcək" – Donçiç

Luka Donçiç "Los Anceles Leykers"in gənc forvardı Adu Tyeronun inkişafından məmnunluğunu bildirib və onun ikinci NBA mövsümündə komandada daha böyük rol oynayacağına inandığını vurğulayıb.

AzB.az xəbər verir ki, o, ESPN LA portalına açıqlamasında "Los Anceles Leykers"in yeni transferlərinin layiqincə dəyərləndirilmədiyini, lakin komandaya böyük fayda verəcəklərini diqqətə çatdırıb:

"Düşünürəm ki, heyətimizdə çox dəyərləndirilməyən oyunçular var. Konkret birini seçmək çətindir, amma yeni transferlərimiz layiqincə qiymətləndirilməyib və bizə çox kömək edəcəklər. Amma bu il Adu Tyerodan gördüklərim və onun inkişafı inanılmazdır. Onun üçün çox həyəcanlıyam".

2025-ci il NBA Draftının ikinci raundunda seçilən Adu Tyero baş məşqçi Cey Cey Redikin heyətində daha böyük rotasiya rolu qazanmağa çalışır. 

Qeyd edək ki, onun debüt mövsümünə hazırlığı sol dizindən keçirdiyi əməliyyatdan sonrakı bərpa prosesinə görə çətinləşmişdi.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər