Avrokuboklar

Kevin Panqos karyerasını başa vurdu

Kevin Panqos karyerasını başa vurdu

Kanadalı Kevin Panqos 33 yaşında peşəkar basketbolçu karyerasını başa çatdırdığını açıqlayıb.

AzB.az xəbər verir ki, təcrübəli basketbolçu bu barədə sosial şəbəkə hesabında emosional paylaşım edib. Panqos karyerası boyunca böyük sınaqlardan keçdiyini və son illərdə zədələrin ona ciddi mane olduğunu vurğulayıb:

"Uşaq vaxtı xəyal qurardım. Karyeram düşündüyüm kimi getmədi, NBA drafında seçilmədim, 6 il Avropada oynadım və 28 yaşımda "Klivlend Kavalers"lə müqavilə imzaladım. Zədələr son illəri çox ağır etdi, amma övladlarımın məni meydançada izləməsi üçün sonadək mübarizə apardım. Basketbola bütün gücümü verdim və heç vaxt pes etmədim".

Karyerasına 2015-ci ildə "Qran Kanariya"da başlayan Panqos daha sonra "Jalgiris", "Barselona", "Zenit", "Klivlend Kavalers", "Olimpiya Milano", "Valensiya", "Napoli" və "Esenler Erokspor" klublarının formasını geyinib.

O, "Jalgiris" və "Zenit"dəki çıxışları ilə Avroliqanın simvolik yığmalarına seçilib.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər