Avroliqanın üçüncü turunun ikinci günündə "Barselona" səfərdə "Beşiktaş" üzərində 95:82 hesabı ilə inamlı qələbə qazanıb.
AzB.az xəbər verir ki, qonaqların heyətində Kevin Panter 16 xal və 4 assistlə matçın ən effektiv oyunçularından olub. Kataloniya təmsilçisində Umoja Gibson 15, Olivye Nkamua və Aleksandr Baltserovski isə hərəyə 11 xalla qələbəyə töhfə veriblər.
"Beşiktaş"ın heyətində Skotti Uilbekin 17, Demien Dotson 11, Ante Jijiç 10 xal və 9 ribaund, Ceylen Novell isə 10 xalla yadda qalıb.
Dusan Alimpijeviçin rəhbərlik etdiyi İstanbul klubu əvvəlki turda "Makkabi Tel-Əviv"ə qalib gəlsə də, bu uğurun ardını gətirə bilməyib. "Barselona" isə Dubaydakı məğlubiyyətdən sonra yenidən qələbə yoluna qayıdıb.