Co Conson: "Tauns Batleri geridə qoyub"
Sabiq NBA oyunçusu Co Conson Karl-Entoni Taunsun atasının fikri ilə razılaşıb və mərkəz oyunçusunun "Nyu-York Niks"dəki çıxışını yüksək qiymətləndirib.
AzB.az xəbər verir ki, o, bildirib ki, Tauns uzun illər tənqidçisi olmuş Cimmi Batleri geridə qoyub və çempionluqdan sonra bunu tam sübut edib:
"O, haqlıdır. KAT Batleri geridə qoyub. O təkcə çempion deyil, həm də oyuna nəzarət edir, meydançada bir çox aspektdə üstünlük göstərir, yalnız xal toplamaqla kifayətlənmir. Final seriyasını xatırlasaq, San-Antoniodakı ilk iki oyunda hamı KAT-ın seriyanın MVP-si olacağını deyirdi. Vembanyamaya qarşı həmin ilk iki matçdakı çıxışı inanılmaz dərəcədə qətiyyətli və aqressiv idi. O, yalnız uzaq məsafədən atışlara güvənmirdi. Həmin oyunlarda nəhayət, illərdir potensialından danışdığımız dominant oyunçuya çevrildi. KAT təkcə çempion deyil, həm də oyunun gedişatını diktə edir və bunu yalnız xal sayəsində etmir. Müdafiədə də çox yaxşı təsir bağışladı. Məncə, finalda əla müdafiə etdi. Komanda onun üzərindən oynayırdı, o isə pleymeyker kimi çıxış edərək ətrafındakı oyunçuların, o cümlədən Ceylen Bransonun işini asanlaşdırırdı".
