ABL

Tahir Baxşıyev: “94 xal toplamağımız müsbət məqamdır, amma...”

Tahir Baxşıyev: “94 xal toplamağımız müsbət məqamdır, amma...”

NTD komandasının baş məşqçisi Tahir Baxşıyev “Sumqayıt”la qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bölüşüb.

AzB.az xəbər verir ki, o, onları çətin oyunun gözlədiyini bildiklərini qeyd edib:

“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Sumqayıt” yaxşı heyət formalaşdırıb. Onları qələbə münasibətilə təbrik edirəm. Bu oyunda həm müsbət, həm də mənfi məqamlar oldu. Bu mövsüm bizi nələrin gözlədiyini bilirik. Düşünürəm ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik.

94 xal toplamağımız müsbət məqamdır. Amma bu qədər xal buraxmağımız böyük çatışmazlıqdır. Məşqlərdə müdafiədə oyuna daha çox diqqət ayıracağıq. Matçları təhlil edib səhvlərimiz üzərində işləyəcəyik. Bu cür oyunlar basketbolçularımız üçün böyük təcrübədir. Əminəm ki, onlar inkişaf edəcək və hər oyundan sonra daha da yaxşılaşacaqlar”.

Qeyd edək ki, görüş "Sumqayıt"ın 111:94 hesablı qələbəsi ilə başa çatıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər