ABL

ABL-də II turun oyun cədvəli bəlli oldu

ABL-də II turun oyun cədvəli bəlli oldu

Azərbaycan Basketbol Liqasında (ABL) II turun oyunlarının vaxtı məlum olub.

AzB.az xəbər verir ki, turun matçları oktyabrın 9–10-da Sumqayıt Olimpiya İdman Kompleksində və Bakı İdman Sarayında təşkil olunacaq.

Turun proqramında yer alan "Gəncə" – "Sabah" görüşü fərqli tarixə keçirilib. Buna hər iki kollektivin avrokuboklardakı gərgin təqvimi səbəb olub. Oktyabrın 6-da "Sabah" Basketbol Çempionlar Liqasında Litvanın "Ritas" klubunun qonağı olacaq. "Gəncə" isə oktyabrın 7-də FIBA Avropa Kubokunda Türkiyədə "Esenler Erokspor"la üz-üzə gələcək.

Görüşün yeni tarixi barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, biletlər 5 AZN-dən başlayan qiymətlərlə azebasketball.com saytında satılır. Bakı İdman Sarayındakı matçları 14 yaşadək uşaqlar ödənişsiz izləyə bilərlər.

ABL, II tur

9 oktyabr (cümə)

19:00 "Sumqayıt" - "Naxçıvan"

Sumqayıt Olimpiya İdman Kompleksi

10 oktyabr (şənbə)

15:00 "LANDAU Lions" - NTD

Bakı İdman Sarayı

18:00  "Neftçi" - "Ordu"

Bakı İdman Sarayı

Dostlarınla paylaş

Əlaqəli xəbərlər