NBA

Kley Tompson “Mayami Hit”in gənc oyunçusunu tərifləyib

Kley Tompson “Mayami Hit”in gənc oyunçusunu tərifləyib

Dördqat NBA çempionu Kley Tompson məşq toplanışında "Mayami Hit"in gənc müdafiəçisi Rayan Konuell barədə fikirlərini bölüşüb.

AzB.az xəbər verir ki, o, yayda keçirilən məşqlər zamanı Konuellin onu şut atma yarışında üstələdiyini bildirib: 

"Əslində, o məni yayda bir atış məşqində məğlub etdi, buna görə bir az pərişan oldum. Amma bu gün Rayanın müdafiə oyununa heyran qaldım. O, meydançanın hər yerində təzyiq göstərirdi. Fövqəladə fiziki hazırlığı var və sol əli ilə atışları çox yaxşıdır. Rayan məsləhət gördüm ki, bu tempdə davam etsin. Uzaq məsafədən hücum etmək bacarığı NBA-də çox yüksək qiymətləndirilir. Ona görə də məşqçilərin dediklərinə qulaq as və əzmlə çalış. Səni çox uzun bir karyera gözləyir".

Qeyd edək ki, 21 yaşlı Konuell 2026-cı il NBA dreftində ikinci raundda, ümumi 37-ci seçimlə seçilib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər