Avrokuboklar

"Real Madrid" "Obradoyro"nu əlavə vaxtda üstələdi

"Real Madrid" "Obradoyro"nu əlavə vaxtda üstələdi

"Real Madrid" İspaniya çempionatının növbəti turunda səfərdə "Monbus Obradoyro" ilə qarşılaşıb. 

AzB.az xəbər verir ki, gərgin keçən görüş Madrid təmsilçisinin əlavə vaxtda 114:107 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın əsas vaxtı 99:99 hesabı ilə yekunlaşıb.

"Real Madrid"in heyətində Teo Maledon 25 xal və 7 assistlə matçın qəhrəmanı olub. O, cərimə atışlarında 16 cəhddən 15-ni dəqiq yerinə yetirib. Timote Luvavu-Kabarro da 25 xal toplayaraq 5 üçxallıq atışla fərqlənib. Mikael Yantunen isə 13 xal və 7 ribaundla komandasına töhfə verib.

Meydan sahiblərinin heyətində Brendon Çildress 23 xalla komandasının ən məhsuldar basketbolçusu olub. Kaleb Aqada 16, Coel Soriano, Yunio Barrueta və Aleks Barsello isə hərəyə 13 xal toplayıblar.

Qarşılaşmanın son saniyələrində Çildressin dəqiq üçxallıq atışı hesabı bərabərləşdirərək oyunu əlavə vaxta daşıyıb. Əlavə vaxtda "Monbus Obradoyro" son dəqiqəyə 105:104 öndə daxil olsa da, Maledonun ardıcıl 4 cərimə atışı "Real Madrid"ə üstünlük qazandırıb və qonaqlar çətin qələbəni təmin ediblər.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər