Azərbaycan

Diamantakos: "Məqsədimiz möhkəm təməl yaratmaqdır"

Diamantakos: "Məqsədimiz möhkəm təməl yaratmaqdır"

Qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi İoannis Diamantakos təyinatı ilə bağlı ilk fikirlərini bölüşərək rəhbərliyə təşəkkürünü bildirib.

AzB.az xəbər verir ki, yunanıstanlı mütəxəssis yeni vəzifəsindəki hədəflərini açıqlayıb:

"Azərbaycan Basketbol Federasiyasına qoşulmaq mənim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Mənə göstərilən etimada görə Federasiyaya və onun rəhbərliyinə minnətdaram. Əsas milli komandanı qarşıdakı çağırışlara hazırlamaqla yanaşı, bütün yaş qrupları üzrə milli komandalar arasında aydın inkişaf yolu qurmaq üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirəm. Məqsədimiz davamlı inkişaf və Azərbaycan basketbolunun uğurlu gələcəyi üçün möhkəm təməl yaratmaqdır".

Yunanıstan, Rumıniya, Fələstin və Səudiyyə Ərəbistanında işləmiş İ. Diamantakos Fələstində və Yunanıstanda çempionluqlar qazanıb, U-18 milli komandaları ilə FIBA Asiya Kubokunda və WABA-da gümüş medallara yiyələnib.

Psixologiya üzrə fəlsəfə doktoru olan yunanıstanlı mütəxəssis əsas milli ilə 2026 və 2027-ci illərdə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsində uğurlu çıxış etməyi hədəfləyir.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər