Avrokuboklar

"Jalgiris"in ulduzu sərxoş halda sükan arxasında saxlanıldı

"Jalgiris"in ulduzu sərxoş halda sükan arxasında saxlanıldı

"Jalgiris"in amerikalı basketbolçusu Karsen Edvards Kaunasda sərxoş halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

AzB.az xəbər verir ki, insident Litva çempionatında "Lietkabelis"lə keçirilən oyundan dərhal sonra baş verib.

Litva Polis Departamentinin Kommunikasiya şöbəsinin rəhbəri Ramunas Matonis faktı rəsmən təsdiqləyib.

Yoxlama zamanı 28 yaşlı müdafiəçinin qanında 1,07 promil spirt aşkar edilib.

Qeyd edək ki, "Jalgiris" Avroliqadakı iki ardıcıl məğlubiyyətdən sonra "Lietkabelis" üzərində vacib ev qələbəsi qazanıb. Həmin görüşdə 17 dəqiqə meydanda olan Edvards 11 xal, 6 məhsuldar ötürmə ilə yadda qalıb və atdığı 3 üçlük cəhdinin hamısında dəqiq olub.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər