NBA

Maks Strus "Klipers"də debüt oyununda zədələndi

Maks Strus "Klipers"də debüt oyununda zədələndi

Maks Strus "Los Anceles Klipers"in heyətində ilk yoxlama oyununda zədələnib.

AzB.az xəbər verir ki, yeni transfer olan basketbolçu "Qolden Steyt Uorriors"a qarşı matçın startında sağ ayaq pəncəsindən zədə alıb. Strus meydançada cəmi 5 dəqiqə çıxış edə bilib. Rəqiblə heç bir təmas olmadan, perde arxasından çıxarkən birdən-birə ayağında ağrı hiss edən oyunçu dərhal meydançanı tərk edib və paltardəyişmə otağına yollanıb. Məşqçilər heyəti onun oyuna qayıtmayacağını açıqlayıb.

Klubdan bildirilib ki, Strusun sağ pəncə və topuq nahiyəsində zədə var. Komanda Los Ancelesə qayıtdıqdan sonra basketbolçu ətraflı tibbi müayinədən keçəcək. Hazırda isə "Klipers" heyəti Havay adalarında yerləşir.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər