Avrokuboklar

"Barselona"nın istədiyi ulduz Çində qaldı

"Barselona"nın istədiyi ulduz Çində qaldı

Çinin son çempionu "Şanxay Şarks" heyətini qorumaq üçün mühüm addım atıb. 

AzB.az xəbər verir ki, komanda ötən mövsümün finalının ən dəyərli oyunçusu (MVP) seçilən 31 yaşlı amerikalı müdafiəçi Brendon Qudvinlə yollarını davam etdirəcək.

Qudvin ötən mövsüm Çin çempionatında orta hesabla 17,6 xal və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli basketbolçunun yayda "Barselona" ilə danışıqlar apardığı, lakin sonda "Şanxay Şarks"da qalmağa üstünlük verdiyi bildirilir. Qudvin yeni mövsümdə D'Anjelo Rassell və Cavel Makgi kimi tanınmış ulduzlarla birgə çıxış edəcək.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər