ABL

Uğur Özdemir: “Addım-addım irəliləməyi hədəfləyirik”

Uğur Özdemir: “Addım-addım irəliləməyi hədəfləyirik”

“Qarşımızda uzun bir yol var”.

Bu sözləri Azb.az saytına açıqlamasında “Sumqayıt” basketbol klubunun baş məşqçisi Uğur Özdemir deyib.

Mütəxəssis NTD-ə qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb: “Yəni, mövsümün ilk oyunu idi. Açığı, konsentrasiyamızın aşağı olduğu anlar oldu. Bu matç bizim üçün həm də bir hazırlıq prosesi idi. Hissə-hissə yaxşı oynadıq, bəzi məqamlarda isə istədiyimiz oyunu göstərə bilmədik. Amma qələbə bizim üçün vacib idi. Qələbə qazandığımız üçün şadam”.

Özdemir gələcək hədəflərindən də söz açıb: “Bu, bizim üçün sadəcə başlanğıc idi.  Daha çox çalışacağıq. Bizi dəstəkləyən dostlara və insanlara bundan sonra da gözəl qələbələr yaşatmaq istəyirik. Addım-addım irəliləməyi hədəfləyirik.

Çünki çox gec toplandıq və hazırlıqlara gec başladıq. Ona görə də hazırda konkret hədəf demək həqiqətən reallıqdan uzaq olar. Gün keçdikcə hədəflərimiz də yüksələcək. Hazırda isə Sumqayıt şəhərini təmsil edirik və şəhəri ən yaxşı şəkildə təmsil edəcəyik”.

Qeyd edək ki, görüş "Sumqayıt"ın 111:94 hesablı qələbəsi ilə başa çatıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər