"Oyunda enişli-yoxuşlu məqamlar oldu" - "Gəncə"yə ilk qələbəni qazandıran amerikalı
Azərbaycan Basketbol Liqasının (ABL) I turunun son oyununda “Gəncə” “Ordu”nu son saniyə atışı ilə məğlub edib.
Gəncə təmsilçisinin qələbəsində mühüm rol oynayan, 18 xal və 9 ribaunda imza atan Latavious Mitçel AzB.az-a matçı şərh edib:
“Qələbə qazanmaq hər zaman xoşdur. Mövsümöncəsi hazırlıqda istədiyimiz nəticəni əldə edə bilməmişdik. Bu baxımdan mövsümə yaxşı başlamağımız sevindiricidir. Komandadakı oyunçular bir-birinə yaxşı uyğunlaşırlar.
Oyunun gedişində enişli-yoxuşlu məqamlar oldu. Amma basketbol seriyalardan ibarət oyundur. Komanda yoldaşlarımın sona qədər özlərinə inamlarını qorumasından məmnunam.
Şəxsi çıxışıma gəlincə, çox söz deyə bilmərəm. Həmişə düşünürəm ki, inkişaf etmək üçün yer var. Sadəcə komandam üçün meydana çıxmağa və üzərimə düşən işi yerinə yetirməyə davam edəcəyəm”.
