Avropa basketbolunun təcrübəli mərkəz oyunçularından olan Sofoklis Şortsanitis karyerası ərzində Ergin Atamandan təklif aldığını, lakin bunu qəbul etmədiyini açıqlayıb.
AzB.az xəbər verir ki, yunanıstanlı sabiq basketbolçu mütəxəssisin oyunçulara qarşı rəftarını bəyənmədiyini bildirib:
"Mənimlə əlaqə saxladı, lakin onun üçün oynamaq istəmədiyimi bildirdim. Basketbolçularla davranış tərzindən xoşum gəlmir. Menecerimə də dedim ki, "Əgər onunla işləsəm, ikinci oyunda əlbəyaxa olarıq". Aramızda xoşagəlməz bir hadisənin yaşanacağından əmin idim".