Milli komandanın hədəfləri və gənclərin inkişafı: Tahir Baxşıyevlə əməkdaşlığın təfərrüatları
Anar Sarıyev cari mövsümdən etibarən NTD klubunun uğurları üçün çalışacaq.
O, baş məşqçi Tahir Baxşıyevın köməkçisi olacaq. Gənc mütəxəssis yeni təyinatı və hədəfləri barədə AzB.az saytına açıqlamalar verib:
"Tahir müəllim müsahibələrinin birində vurğuladı ki, əsas strateji məqsəd gələn il U-20 komandasında yer alacaq gənclərin daha da təkmilləşdirilməsidir. Bunun üçün də onların daha çox oyun təcrübəsi qazanmasına ehtiyac var. Keçən il həm daxili çempionatda, həm də Avropada az meydan şansı tapan basketbolçulara daha çox vaxt verməliyik ki, təcrübə toplasınlar. Bu, həm klubun hədəflərinə, həm də yığmadakı rəqabətə müsbət təsir edəcək. Çətin olacağını bilsək də, bu addımı atmalı və gənclərə şans verməliyik.
Bizim əsas oyunçularımızdan Derin Berköz, Hüseyn Məmmədov və İsmayıl Abdullayev hərəsi bir klubda çıxış edirlər. Onların fərqli komandalarda oyun şansı qazanması milli komandamız üçün qürurvericidir, çünki gələcəkdə yığmanın əsas yükünü məhz onlar daşıyacaqlar. Hədəfimiz gələn il daha yaxşı nəticə göstərmək, az oyun vaxtı alan gənclərə daha çox şans vermək, az legionerlə mübarizə aparıb komandanı ilk beşlikdə möhkəmləndirməkdir.
Baş məşqçinin köməkçisi olmaq təklifinə gəlincə, Tahir Baxşıyev mənimlə danışmazdan öncə hansı klubda işləyəcəyim bəlli deyildi. Lakin U-20 yığmasının uşaqları orada olduğu üçün elə məhz o komandanın məşqlərində yer almaq istəyirdim. Tahir Baxşıyev birlikdə işləməyi təklif edəndə bunu böyük həvəslə qəbul etdim. Çünki azərbaycanlı məşqçilər olaraq əsas məqsədimiz aşağı yaş qruplarından tutmuş əsas milliyə kimi yaxşı basketbolçular yetişdirməkdir. Mən də bu yolda bacardığım qədər köməklik göstərəcəyəm".
