Azərbaycan

NTD gənclərə güvənəcək: Heyətin əsasını U-20 millisinin üzvləri təşkil edəcək

NTD gənclərə güvənəcək: Heyətin əsasını U-20 millisinin üzvləri təşkil edəcək

NTD BK yeni mövsüm ərəfəsində strategiyasını dəyişərək əsas diqqətini gənc azərbaycanlı basketbolçuların inkişafına yönəldəcək.

AzB.az xəbər verir ki, komandanın heyətinin əsasını Azərbaycanın U-20 millisinin basketbolçuları təşkil edəcək.

Yeni strategiyanın əsas məqsədi gənc oyunçulara böyüklər arasında daha çox oyun təcrübəsi qazandırmaq və onların peşəkar inkişafı üçün lazımi şəraiti yaratmaqdır.

Gənc basketbolçularla yanaşı, NTD BK-nın heyətində bir neçə legioner də yer alacaq.

Eyni zamanda məşqçilər korpusunu da gücləndirən klub təcrübəli mütəxəssis Anar Sarıyevi komandaya dəvət edib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər