Azərbaycan

Azərbaycanın qadın millisinin baş məşqçisi postundan ayrıldı

Azərbaycanın qadın millisinin baş məşqçisi postundan ayrıldı

Qadınlardan ibarət Azərbaycan milli basketbol komandasının baş məşqçisi Evren Alkaya vəzifəsini tərk edib.

AzB.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası ilə türkiyəli mütəxəssis arasında əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.

2022-ci ildən federasiyada çalışan Alkaya əsas milli ilə yanaşı, U-16, U-18 və U-20 yığmalarına da rəhbərlik edib və 70-dən çox rəsmi FIBA oyununa çıxıb.

Onun rəhbərliyi altında U-16 millisi Avropa çempionatının C divizionunda iki dəfə qızıl (2023, 2024), U-18 yığması isə gümüş medal (2024) qazanıb.

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər