Türkiyəli mütəxəssis Azərbaycan basketbolunda yeni vəzifəyə gətirildi
Türkiyəli mütəxəssis Bedri Meriç Azərbaycanın oğlanlardan ibarət aşağı yaş qrupları üzrə milli komandalarının koordinatoru və baş məşqçisi təyin olunub.
AzB.az xəbər verir ki, o, son üç ildə Azərbaycan Basketbol Liqasında (ABL) fəaliyyət göstərib. O, əvvəlcə "Gəncə"yə, daha sonra isə "Şəki"yə rəhbərlik edib və 2025/26 mövsümündə Şəki təmsilçisi ilə çempionatın bürünc medalını qazanıb.
Türkiyəli məşqçi yeni təyinatı ilə bağlı təəssüratlarını bölüşüb:
"Əsas hədəfimiz aşağı yaş qruplarında istedadlı basketbolçuları üzə çıxarmaq, onların inkişafı üçün şərait yaratmaq və gələcəkdə əsas milli komandalarda çıxış etmələri üçün hazırlamaqdır. Federasiya və müxtəlif yaş qruplarının məşqçiləri ilə sıx əməkdaşlıq edərək Azərbaycan basketbolunun rifahına xidmət edən uzunmüddətli hazırlıq sistemi formalaşdırmağa çalışırıq".
