Rusiya Basketbol Federasiyasının prezidenti Andrey Kirilenko 3x3 basketbol üzrə milli komandalarının ABŞ-də keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarına qatılmaq şanslarını dəyərləndirib.
AzB.az TASS agentliyinə istinadən xəbər verir ki, federasiya rəhbəri bu ehtimalın çox aşağı olduğunu bildirib:
"Nəzəri baxımdan şansımız var. Bunun üçün 2027-ci ilin dekabrınadək Avropa reytinqinə başçılıq etməliyik, lakin xal toplamağa bu yaydan başladığımız üçün bu, demək olar ki, qeyri-mümkündür. Digər tərəfdən, 2028-ci ilin yazında keçiriləcək təsnifat turnirlərində iştirak etsək belə, ABŞ vizası alacağımıza heç bir zəmanət yoxdur. Şanslarımızdan imtina etmirik, lakin Olimpiadaya vəsiqə qazanmaq həddindən artıq çətin olacaq".