3X3

Çində təşkil olunan Dünya Kubokunda ABŞ çempion oldu

Çində təşkil olunan Dünya Kubokunda ABŞ çempion oldu

Çinin Uhan şəhərində keçirilən FIBA 3x3 U-23 Dünya Kubokunda ABŞ-nin qadınlardan ibarət milli komandası qızıl medal qazanıb, kişi komandası isə yarışı 1/4 finalda başa vurub.

AzB.az xəbər verir ki, qadınlardan ibarət ABŞ yığması qrup mərhələsində Yaponiya (16:14), Sloveniya (21:8) və Keniyanı (21:12) məğlub edərək pley-offa yüksəlib.

Pley-off mərhələsində ardıcıl olaraq Niderland (21:17) və İspaniyanı (21:16) üstələyən amerikalılar, finalda Kanadaya 15:10 hesabı ilə qalib gələrək çempionluq kubokunu başı üzərinə qaldırıblar.

Kişilərdən ibarət ABŞ millisi isə D qrupunda Argentina (21:14) və Çinə (21:17) qalib gəlib, Cənubi Koreya (14:21) və Litvaya (14:21) uduzaraq 1/4 finala adlayıb. Lakin bu mərhələdə Latviyaya 17:19 hesabı ilə yenilən komanda turnirlə vidalaşıb.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər