Belçikanın Antverpen şəhərində keçirilən 3x3 basketbol üzrə Avropa Kubokuna yekun vurulub.
AzB.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi 1/4 finalda Fransa yığmasını üstələsə də (20:15), yarımfinalda İspaniyaya məğlub olub (16:20).
Bununla da millimiz bürünc medal uğrunda görüşdə Sloveniya seçməsi ilə qarşılaşıb. Həlledici matçda qələbə qazanan təmsilçimiz turnirin bürünc medalına sahib çıxıb: