Rusiya və Belarus basketbolçuları beynəlxalq turnirlərə qayıdır
Beynəlxalq Basketbol Federasiyası (FIBA) rusiyalı və belaruslu oyunçular, məşqçilər, hakimlər və digər rəsmi şəxslər üzərindən basketbol və 3×3 basketbol üzrə məhdudiyyətləri götürüb.
AzB.az xəbər verir ki, Rusiya və Belarusdan olan fərdi basketbolçular FIBA yarışlarında iştirak edə biləcək, rəsmi şəxslər isə təşkilatın turnirlərinə təyinat alacaqlar. Qərar dərhal qüvvəyə minir.
Bununla belə, Rusiya və Belarus milli komandalarının yarışlara qayıtması məsələsi hələ ki, açıq qalır. FIBA komandaların ehtimal olunan reinteqrasiyası ilə bağlı logistika və təhlükəsizlik məsələlərini həll etmək üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) və digər təşkilatlarla əməkdaşlıq etməyi planlaşdırır.
Rusiya və Belarus yığmalarının beynəlxalq turnirlərdə iştirakı ilə bağlı yekun qərarın 2026-cı ilin dekabrında FIBA-nın Mərkəzi Şurasının iclasında veriləcəyi gözlənilir.
