Luka Donçiç "Leykers" azarkeşlərinə müraciət etdi
"Los-Anceles Leykers"in sloveniyalı ulduz basketbolçusu Luka Donçiç NBA-də mövsümün "Qolden Steyt Uorriors"la ilk matçı öncəsi "Los Angeles Times" qəzetində bütöv bir səhifə alaraq azarkeşlərə müraciət edib.
AzB.az xəbər verir ki, təcrübəli pleymeyker komandanın çempionluq hədəfindən və azarkeş dəstəyindən söz açıb:
"Bu gün çempionluq yolunda ilk addımımızı atırıq. Hər bir oyunçu o kuboku başı üzərinə qaldırmağın xəyalını qurur. Bu formanı geyinməyin və bizdən əvvəlki əfsanələrin yolunu davam etdirməyin nə dərəcədə məsuliyyətli olduğunu yaxşı anlayırıq. Şəhərin hər yerində bu sevgini görürəm: 'Leykers' müxtəlif dillərdə danışan bütün insanları birləşdirir.
Bura gəldiyim ilk gündən məni çox istiqanlı qarşıladınız. Sizə söz verirəm ki, hər matçda sonadək mübarizə aparacağıq. Bəhanələrə və arxayınlığa yer yoxdur. Amma bu yolu təkbașına qət edə bilmərik, dəstəyinizə ehtiyacımız var. Bu yolu birgə keçək!"
