NBA

NBA başladı: İlk oyunda "Detroyt Pistons" sevindi

NBA başladı: İlk oyunda "Detroyt Pistons" sevindi
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm çempionatın açılış matçı keçirilib. 

AzB.az xəbər verir ki, "Littl Sizars Arena"da baş tutan qarşılaşmada "Detroyit Pistons" öz meydanında "Boston Seltiks"i qəbul edib.

Matç meydan sahiblərinin 121:113 hesablı qələbəsi ilə başa çatıb.

"Detroyit"in heyətində Keyd Kanningem və Ceylen Düren hərəyə 22 xal toplayaraq qələbədə böyük rol oynayıblar. Dankan Robinson isə 5 dəqiq üçxallıq atış ilə komandasına 21 xal qazandırıb.

"Boston"un heyətində matçın əsas ulduzu 38 xal, 3 ribaund və 5 topqapma ilə yadda qalan 36 yaşlı hücumçu Pol Corc olsa da, bu göstərici komandasını məğlubiyyətdən xilas etməyə kikayət etməyib. Komandanın digər lideri Ceyson Teytum isə oyunu cəmi 13 xalla başa vurub.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər