NBA

Kendrik Perkins "Dallas"ın gənc ulduzuna tərif

Kendrik Perkins "Dallas"ın gənc ulduzuna tərif
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

NBA-in keçmiş oyunçusu, hazırda ekspert və analitik kimi fəaliyyət göstərən amerikalı Kendrik Perkins "Dallas Maveriks"in hücumçusu Kuper Fleq (Cooper Flagg) haqqında fikirlərini bölüşüb.

AzB.az xəbər verir ki, mütəxəssis gənc basketbolçunun öz yaş kateqoriyasında göstərdiyi üstünlüklərə diqqət çəkib:

"Kuper Fleq o qədər yaxşıdır ki, kolleci daha tez bitirmək üçün vaxtından əvvəl yuxarı sinifə keçdi. Ey Cey Dibantsa (AJ Dybantsa) bir nömrə deyildi... Kuper Fleq o qədər dominantlıq edirdi ki, Ey Cey Dibantsa və Darrin Pitersonun (Darryn Peterson) olduğu sinifdə ən yaxşı ola-ola qərara gəldi: "Bəsdir, mən növbəti sinifə keçirəm". Və keçdiyi yeni sinifdə də birbaşa ən yaxşı oyunçu oldu.

Ey Cey Dibantsaya qarşı heç bir qərəzim yokdur. Sadəcə hesab edirəm ki, Kuper Fleq nadir görünən stedadıdır. Dibantsa haqqında isə eyni şeyi düşünmürəm".

Dostlarınla paylaş

Əlaqəli xəbərlər