NBA

Kevin Durant "Finiks Sans"ın sahibinə cavab verdi

Kevin Durant "Finiks Sans"ın sahibinə cavab verdi
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

Milli Basketbol Assosiasiyasında (NBA) ikiqat çempion olan və hazırda "Hyuston Rokets"də çıxış edən 38 yaşlı Kevin Durant "Finiks Sans"ın sahibi Metyu İşbiya ilə aralarında yaşanan münaqişə fonunda ona növbəti dəfə müraciət edib.

AzB.az xəbər verir ki, təcrübəli basketbolçu "X" (keçmiş "Twitter") sosial şəbəkə hesabında keçmiş klubunun sahibinə ünvanladığı paylaşımda bu sözləri qeyd edib:

"Əlinə düşən hər fürsətdə mənə təşəkkür etməlisən. İndi başqa komandada oynamağım üçün mənə böyük məbləğdə pul ödəməli olmursan".

Qeyd edək ki, K. Durant 2023–2025-ci illərdə "Finiks Sans"ın heyətində olub. O, daha sonra Dillon Bruks, Ceylen Qrin, 2025-ci il NBA draftının 1-ci raundunun 10-cu seçimi və 2-ci raundun beş seçimi müqabilində həyata keçirilən treyd (mübadilə) nəticəsində "Hyuston Rokets"ə keçib.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər