Basketbol üzrə Azərbaycan Çempionatında (ABL) NTD-yə 100:75 hesabı ilə qalib gələn "Sabah" klubunun baş məşqçisi Lazar Spasiç qarşılaşmanı şərh edib.
AzB.az xəbər verir ki, serbiyalı mütəxəssis qələbəyə baxmayaraq, komandasının ikinci hissədəki oyunundan tam razı qalmadığını bildirib:
"Növbəti qələbəmizi qazandıq. Bu gün üçün işimizi başa vursaq da, oyunun ikinci hissəsində yaxşı nümayiş göstərə bilmədik. Sabahdan başlayaraq "Naxçıvan"la qarşıdakı oyuna hazırlaşacağıq. İnanıram ki, həmin matçda daha yaxşı çıxış edəcəyik".