"Olimpiakos"un "Fənərbağça" ilə qarşılaşma öncəsi heyətində ciddi problemlər yaranıb.
AzB.az xəbər verir ki, fransalı oyunçu Evan Furnye sol çiynində böyük hematoma və sağ dizində bağların dartılması səbəbindən təxminən 20 gün komandasına kömək edə bilməyəcək..
Oyun qurucu Jan Montero isə sağ ayaq topuğunda burxulma və sol dizində bağ zədəsi ilə üzləşib. Onun "Fənərbağça" ilə oyunda iştirakı sual altındadır.
Qeyd edək ki, sosial şəbəkədəki paylaşımlarına görə Tayler Dorsi "Barselona" ilə matçı buraxıb və onun "Olimpiakos"dakı gələcəyi hələ də qeyri-müəyyəndir.
"Olimpiakos" - "Fənərbağça" qarşılaşması oktyabrın 23-də, Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.