Avrokuboklar

Markoişvili: "Qalatasaray" azarkeşlərinin gözləntilərini yaxşı anlayıram"

Markoişvili: "Qalatasaray" azarkeşlərinin gözləntilərini yaxşı anlayıram"
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

FIBA Basketbol Çempionlar Liqasının B qrupunda Fransanın "Strasburq" klubunu məğlub edən "Qalatasaray"ın baş məşqçisi Manuçar Markoişvili oyundan sonra mətbuat konfransında danışıb.

AzB.az xəbər verir ki, gürcüstanlı mütəxəssis "sarı-qırmızılılar"ın sükanı arxasında turnirdəki ilk qələbəsini şərh edib:

"Matçın asan keçdiyini desəm, gülərsiniz. Bu, komandanın başındakı ilk FIBA Çempionlar Liqası oyunum və ilk qələbəm idi. Rəqib qeyri-adi komanda idi, qısa heyətlə oynayırdılar və uyğunlaşmaqda çətinlik çəkdik. Lakin basketbolçularım yaxşı reaksiya verdilər, parketə daxil olan hər kəs oyuna enerji qatdı".

Markoişvili komandanın potensialından və azarkeşlərin gözləntilərindən də söz açıb:

"Komandamızın daha yaxşı oynamaq potensialı var. Xüsusilə müdafiədə daha fiziki olmalıyıq. "Qalatasaray" azarkeşlərinin gözləntilərini yaxşı anlayıram - onlar hər matçda qələbə istəyirlər. Lakin bu, real deyil. Biz maksimum çox qalib gəlməyə çalışacağıq, amma əsas məsələ heç vaxt təslim olmamaq və mübarizəni davam etdirməkdir".

Teqlər:
Dostlarınla paylaş

Əlaqəli xəbərlər