NBA

NBA 2026/27 mövsümü başlayır: Rekord sayda legioner və Yokiçin tarixi şansı

NBA 2026/27 mövsümü başlayır: Rekord sayda legioner və Yokiçin tarixi şansı
Google
AZB.az-ı Google-da seçilmiş mənbə edin Basketboldakı yenilikləri dərhal izləyin!
Abunə ol

NBA-də 2026/27 mövsümü rekord göstərici ilə start götürür.

AzB.az xəbər verir ki, dünyanın ən güclü basketbol liqasında 43 ölkədən 125 xarici oyunçu mübarizə aparacaq.

Legionerlər arasında 70 oyunçu ilə avropalılar ən böyük qrupu təşkil edirlər. Avropa kökləri olan digər basketbolçularla birgə bu sayı 80-i ötür. Bundan başqa, liqa təmsilçilərinin baş məşqçi postunda da 3 avropalı mütəxəssis yer alıb.

Ölkələr üzrə sıralamada Fransa 17 basketbolçu ilə liderlik edir. Almaniyanın 7, Serbiyanın isə 6 nümayəndəsi var. Şimali Amerikadan Kanada 16, Avstraliya isə 9 oyunçu ilə təmsil olunur.

Bütün NBA klublarının heyətində ən azı bir legioner yer alıb. "Dallas Maveriks", "Mayami Hit" və "Vaşinqton Vizards" (Washington Wizards) isə heyətlərində 7 əcnəbi basketbolçu var.

Qeyd edək ki, son 8 ildə NBA-in ən dəyərli oyunçusu (MVP) mükafatını yalnız legionerlər qazanıb. Kanadalı Şey Qilces-Aleksandr 2025 və 2026-cı illərdə ardıcıl olaraq bu titula sahib çıxıb. Ondan öncə isə Yannis Antetokounmpo, Nikola Yokiç və Coel Embiid MVP seçiliblər.

Hazırda Nikola Yokiç tarixi rekordun bir addımlığındadır. Serb mərkəz oyunçusu ardıcıl 7-ci dəfə MVP səsverməsində ilk iki yerdən birini tutsa, Bill Rassell və Lerri Bördün əfsanəvi seriyasını geridə qoyacaq.

"Eurohoops" portalı yeni mövsüm üçün ən yaxşı 10 avropalı oyunçunun siyahısını dərc edib və siyahıya Nikola Yokiçlə Viktor Vembanyama başçılıq edirlər.

Dostlarınla paylaş

Əlaqəli xəbərlər